Şərtlər və qaydalar

Daşınma və çatdırılma şərtləri

  • İstifadəçi sistemdə qeydiyyatdan keçməklə, şəxsi məlumatlarını tələb olunan qaydada qeyd etməlidir.
  • İstifadəçi qeydiyyatdan keçmək üçün daxil etdiyi məlumatların doğruluğuna görə məsuliyyət daşıyır.
  • Sonradan qeyd olunmuş məlumatlarda dəyişikliklər olarsa, bununla bağlı sistemə məlumatların yenilənməsi üçün bildiriş göndərmək istifadəçinin öhdəliyidir.
  • Qadağan olunmuş məhsullar sifariş verilərsə, xidmət həmin istifadəçi üçün bloklana bilər.
  • Sistemin tələb etdiyi qaydada ödəmə etmək istifadəçinin öhdəliyidir.
  • Öz şifrə və məlumatlarını digər şəxslərlə paylaşmamalıdır. Belə hallar baş verərsə borclanmaya və sifarişin statusunun dəyişməsinə görə, şəxs özü cavabdehdir.
  • İstifadəçi ay ərzində dəyəri 1.000 (bir min) ABŞ dolları məbləğinədək əşya sifariş etdikdə, istifadəçidən gömrük rüsumu tutulmur.
  • Sifarişin dəyəri bir ay ərzində 1.000 (bir min) ABŞ dolları məbləğindən artıq olarsa, İstifadəçi sifarişin ümumi dəyərinin 36%-i (otuz altı faiz) miqdarında gömrük orqanlarına gömrük rüsumu ödəmək öhdəliyini öz üzərinə götürür.
  • Daşıyıcı bütün sifarişlərin daşımasını həyata keçirərkən yalnız 1000 ABŞ dollarınadək sifariş olduqda gömrük sənədləşmələrini öz üzərinə götürür. Dəyəri daha yüksək məbləğdə sifariş verilərsə, daşıyıcı malı Gömrük terminalınadək gətirməyi, istifadəçi isə digər sənədləşmə və malın terminaldan təhvil götürülməsini öz üzərinə götürür.
  • Daşınan bağlamanın çatdırılma üçün xidmət haqqı iki meyar üzrə, çəki və həcmə görə hesablanır. İstifadəçi bu meyarlar üzrə hesablanmış daşıma haqqının daha çox olanı üzrə ödəniş aparmalıdır.

Daşınma və çatdırılma qaydaları

  • Daşıyıcı istehsalçı deyil və heç bir satış xidməti göstərmir. Sifarişçi ödənişini şəxsi hesabından daşıyıcının əməkdaşlıq etdiyi xarici şirkətin bank hesabına köçürür. Sifariş verilmə prosesi üçün 5% ödəmə (bank) komissiyası nəzərdə tutulmuşdur.
  • Sifarişçinin ünvanında ödəmək şərti ilə göndərilən sifarişlər qəbul olunmur.
  • Daşıyıcı, istehsalçının səhvinə, satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır.
  • Daşıyıcı satıcı firma tərəfindən malın onun anbarına çatdırılması vaxtına görə heç bir məsuliyyət daşımır.
  • Daşıyıcı sifariş verildikdən sonra sifariş üzərində heç bir əməliyyat aparmır. (Məhsulun ləğv olunması, rəng və ya ölçünün dəyişməsi və s dəyişikliklər.)
  • Daşıyıcı sifarişçinin sifariş etdiyi online ünvanın etibarlılığı, ödəmə şərtləri ilə bağlı heç bir məsuliyyət daşımır.
  • Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ xarici şirkət tərəfindən kartına geri qaytarılır.
  • Ödəniş, sifariş olunan xarici ölkənin valyutası ilə aparılır, əlavə bank komissiyalarına görə Daşıyıcı heç bir məsuliyyət daşımır.
  • Sifariş olunmuş məhsulun ödənişi hər hansı səbəbdən geri qaytarılarsa, 5% komissiya geri qaytarılmır.
  • Sifariş ilə bağlı yaşanmış hər hansı problem zamanı istifadəçiyə telefon və ya email vasitəsi ilə məlumat verilir. Sifarişin tamamlanması ilə bağlı problem yarana bilər.
  • Sifariş olunmuş məhsulun ödənişi aşağıdakı hallarda müştəriyə geri qaytarılır: a) Məhsul satıcı firmanın balansında tükəndikdə; b) Müştəri yanlışlıqla balansına vəsait daxil etdikdə c) Müştəri sifarişdən imtina etdikdə; q) Satıcı firma tərəfindən sifariş ləğv edildikdə.
  • Sifariş olunmuş malın daşıyıcının anbarına daxil olması barədə sifarişçiyə məlumat verildikdən 15 gün ərzində mal təhvil götürülməzsə, anbarda qaldığı hər günə görə Sifarişçi 0.5 manat dəyərində Daşıyıcıya cərimə ödəməyi öhdəsinə götürür.
  • Səbətdə malın saxlama müddəti maksimum 15 gündür. Bu müddətdə mal sifarişçi tərəfindən qəbul edilmədikdə bu sifarişçinin maldan imtina etməsi kimi qəbul olunur.
  • Malın qəbulundan imtina edilməsi zamanı sifarişçiyə heç bir məbləğ ödənilmir, sifarişçi 15 günlük cərimə məbləğini daşıyıcıya ödəmədiyi təqdirdə yeni sifariş üçün xidmətdən yararlana bilməyəcək.
  • Ödənişlərin karta geri qaytarılması 15 iş günü müddətində icra olunur, bəzi hallarda bu müddətə bir neçə gün banklardan asılı olaraq əlavə ola bilər.
  • Tərkibində maye, tez alışan maddələr, batareya və Azərbaycan qanunvericiliyinə qadağan olunmuş məhsullar olan sifarişlər qəbul olunmur.
  • Sifariş olunan bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır.Ölçüsü 1 metrdən böyük olan bağlamaların çatdırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün en * hündürlük * uzunluq / 6000 standartı tətbiq edilir.
  • Bu qaydalarla tanış olduqdan sonra Sifarişçi olaraq qeydiyyatdan keçən şəxs bildirmiş olur ki, qaydalarda qeyd olunan hallarla bağlı yaranan istənilən problemə görə “Daşıyıcı”nın məsuliyyət daşımadığını qəbul edir.
  • Qaydalara riayət etməyən və qadağan olunmuş malların daşınmasını sifariş verən sifarişçinin qeydiyyatı məlumatlandırmadan sonra davam edəcəyi təqdirdə bloklanacaq.
Necə sifariş etməli?