Türkiyədən alış-verişiniz
daha sürətli daha rahat!

Sifariş ver!

Haqqımızda

İnterex sürətli post daşıma və kuryer xidmətidir. Şirkətin əsas məqsədi, ölkə daxilində və xaricində sürətli yükdaşımasını həyata keçirmək, müştərilərin məmnuniyyətini təmin etmək, onlara daha peşəkar və operativ xidmət təklif etməkdir. Xidmətimizdən istifadə isə çox asandır:

Şəxsi kabinetini yarat

Qeydiyyatdan keçərək şəxsi kabinetinizi yaradırsınız və sifarişlərinizi yönləndircəyiniz Türkiyədəki ünvanlarımızı əldə edirsiniz

Sifarişini ver

Online alış-veriş zamanı ünvan olaraq qeydiyyat zamanı əldə etdiyini Türkiyə ünvanımızı daxil edirsiniz və sifarişinizi verirsiniz.

Biz çatdıraq

Sifarişləriniz həftədə 2 dəfə Bakıdakı ünvanımıza çatdırılır. Kuryer xidmətimizdən istifadə edərək sifarişinizi qapınızda da əldə edə bilərsiniz.

Kalkulyator

Bu kalkulyatorla hesablanmış qiymət yalnız sifarişin çəkisinə görə olan tarifə əsasən aparılır. Həcm və ölçülərə görə hesablama xüsusi tarif cədvəlinə uyğun şəkildə hesablanır.

Tarif cədvəli

Sizə sərfəli qiymətlərlə bağlamalarınızı daha qısa müddətə çatdırılmasını təklif edirik.

  • 0.0 kq-dan 0.25 kq-a qədər 2$$2.50
  • 0.25 kq-dan 0.5 kq-a qədər 3$$3.50
  • 0.5 kq-dan 0.75 kq-a qədər 4$$4.50
  • 0.75 kq-dan 1.0 kq-a qədər 4.5$$5.50
Maye məhsulları üzrə:
  • 0.0 ml - 250 ml-ə qədər $2$2
  • 250 ml - 500 ml-ə qədər $3$4
  • 500 ml-dən 750 ml-ə qədər $5$6
  • 750 ml-dən 1000 ml-ə qədər $7$8
Türkiyə

Mağaza şəbəkəsi

Ən çox verilən suallar

Xidmətimizlə bağlı ən çox verilən sualları və onların cavabalarını bir yerə topladıq

  • Sizin bağlamanız bizim xarici və yerli anbarın hər birində yalnız 15 gün saxlanılır. Daha sonra isə yükün saxlanıldığı hər gün üçün əlavə 0.5 manat tələb olunacaq. 45 gündən sonra isə bağlama ləğv ediləcək.

  • Onlayn mağazadan aldığınız məhsulu Türkiyə anbarımıza daxil olduqdan sonra saytımızda “bağlamalar” bölməsindən izləyə bilərsiniz.

  • Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş məhsullar aşağıdakılardır: - Maye məhsullar -Tərkibində batareya olan avadanlıqlar (skuterlər, powerbanklar, amartizatorlar, maşın yağı və s.) - Hər cür silah növləri, döyüş sursatı, (ov silahları üçün sursatlar istisna edilməklə) hərbi təyinatlı bütün əşyalar, hərbi texnika. - Radioaktiv maddələr, narkotik və psixotrop maddələr və onlardan istifadə üçün ləvazimat - Əxlaqsızlığı, zorakılığı, terrorizmi təbliğ edən kitab və reklam edən materiallar. - Narkotik və psixotrop tərkibli maddələr, müxtəlif zəhərləyicilər. - Təzyiq altında olan məhsullar (boyalar, hava yastığı, quru şampun və s. ) tezalışan və partlayıcı maddələr və onların hazırlanması texnologiyasına aid materiallar. - Qida, spirtli içkilər, tutun və tütün məmulatları, elektron siqaretlər, tez xarab olan, xüsusi saxlama tələb edən məhsullar. - Heyvanlar, bitki və toxumlar. - Xüsusi məxfi rabitə vasitələri, gizli kamera, gizli səs yazma, dron və digər casus avadanlıqları, onların şifrələri və istismarı haqqında ədəbiyyat. - Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri. - Pul əskinasları, sikkələr. - Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr. - Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar. (Zinət əşyaları, qiymətli metallar və qiymətli daşlar ).

  • Ofisimiz Nəsimi rayonu M.Cəfərov küçəsi 5 ünvanında yerləşir.20 Yanvar mertosunun çıxışındanı 200 metr

  • Sifariş olunan bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Ölçüsü 1 metrdən böyük olan bağlamaların çatdırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün en*, hündürlük*, uzunluq*, 6000 standartı tətbiq edilir.

  • Azərbaycan Respublikası qanunvericiliyinə görə, fiziki şəxslər 30 təqvim günü ərzində kommersiya məqsədi olmadan 1000 ABŞ dolları məbləğində rüsumsuz limitdən istifadə edə bilərlər.

  • Satıcı firmaların göndərdiyi məhsulların düzgünlüyünə, orijinallığına və keyfiyyətinə görə bizim şirkət heç bir məsuliyyət daşımır. Məhsul geri qaytarmaq və dəyişdirmək üçün satıcı firma ilə əlaqə saxlamağınıza ehtiyac var.

  • Saytımızda sifariş et bölməsindən linkləri göndərdikdən sonra sifarişlərim bölməsində göndərdiyiniz məhsul üçün ödəniş edə bilərsiniz. Bağlamanızın çatdırılma haqqını ödəmək üçün isə balans bölməsindən istifadə edə bilərsiniz

  • Əgər plastik kartınızla xarici saytlara ödəmə edə bilmirsinizsə biz sizə kömək edərik.Belə ki, siz bəyəndiyiniz məhsulun linkini saytımızdaki "Sifariş et" bölməsindən bizə göndərirsiniz. Və bizə həmin məhsulun dəyərini online şəkildə ödəyirsiniz. Ödənişiniz həyata keçdikdən sonra tez bir zamanda əməkdaşlarımız sifarişinizi satıcı firmanın saytında sizin adınıza rəsmiləşdirir.

  • Çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılıdır. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün olur. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Satıcı firma sizin sifarişinizi bizim xaricdəki anbarımıza çatdırdıqdan sonra ən gec 4 gün sonra bakıda olur.

  • Türkiyənin onlayn alış-veriş saytlarından geyim,qadın çantası,kosmetika, ayaqqabı,bujeteriya , uşaq oyuncaqları və.s sifariş edə bilərsiniz.

  • Əgər siz öz kartınızla məhsul sifariş etmək istəyirsinizsə, ilk olaraq saytımızdan qeydiyyatdan keçməlisiniz. Daha sonra Sizdən tələb olunan ünvan bölməsinə bizim Türkiyə ofisimizin ünvanını qeyd edirsiniz.Türkiyə ofisimizin ünvanını hesabınızda olan “xaricdəki ünvanım” bölməsindən əldə edə bilərsiniz